Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Modern.az Strateq.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.
Qeyd edək ki, 1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.
V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.