Türkiyədə son sutka ərzində daha 17 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 082 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 45 213 nəfərdən 1 472-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 195 883 nəfərə çatıb. İndiyədək 169 182 nəfər koronavirusdan müalicə olunub".