Türkiyədə 2016-cı ildə Diyarbəkir vilayətində terror aktı törədən PKK terrorçusu tutulub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən, Diyarbəkir vilayətinin Baş Prokurorluğu tərəfindən başladılan əməliyyat nəticəsində terror aktında iştirak etməkdə şübhəli bilinən Mehmet Eliachik saxlanılıb.
Qeyd edək ki, Sur rayonunda törədilən terror aktı nəticəsində bir ailənin 5 üzvü ölüb, 12 nəfər yaralanıb.