Modern.az

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

Aktual

28 İyun 2020, 08:35

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Kovlar kənd sakini Ağayev Seyidnəsir Əşrəf oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolu keçən Sabirabad rayonunun Surra kənd sakini, 1958-ci il təvəllüdlü Nağıyev Mehman Abdulla oğlunu vurub. Ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən yaralı orda keçinib.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək