Modern.az

Yaponiya G7 sammitinin genişləndirilmiş formatda keçirilməsinə qarşı çıxır

Yaponiya G7 sammitinin genişləndirilmiş formatda keçirilməsinə qarşı çıxır

Aktual

29 İyun 2020, 12:41

Yaponiya Böyük yeddiliyin hazırkı strukturda qalmasına israr edir. Bu haqda ölkənin Nazirlər Kabinetinin baş katibi Yösihide Suqa məlumat verib.


“Təşkilatçı olaraq ABŞ bu görüşün necə keçiriləcəyinə qərar verəcək... Amma biz hazırkı “yeddilik” strukturunun saxlanılmasını vacib sayırıq”,  - deyə Suqa ABŞ prezidentinin sammitə Rusiyanı, Hindistanı, Avstraliyanı və Cənubi Koreyanı dəvət etmək istəyinə münasibət bildirib.


Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, baş katib ABŞ-ın Yaponiyanın mövqeyi barədə məlumatlandırılması ilə bağlı heç bir söz deməyib. 


May ayında Ağ ev G7 sammitinə Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın dəvət ediləcəyini bildirib. Kanada, Fransa və Böyük Britaniya artıq bunun əleyhinə olduqlarını bəyan ediblər. Cənubi Koreya və Avstraliya isə görüşdə iştak etməyə hazır olduqlarını deyib. Rusiya da sammitdə iştirakını istisna etmir, amma, bununla yanaşı, Çinin iştirakı olmadan görüşün natamam qalacağını vurğulayır.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə