Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri və Birləşmiş Krallıq hökumətinin katibi Mark Sedvill istefa verib.
Modern.az xəbər verir ki, bu haqda Britaniyanın nazirlər kabinetinin saytında məlumat yayılıb.
Otuz il dövlət qulluğunda çalışan M. Sedvill Baş nazir Boris Consona sentyabrın sonunda vəzifəsindən gedəcəyinə söz vermişdi. Bu vaxta qədər isə o, işlərini davamçısına təhvil vermək üçün hazırlamaqla məşğul olacaqdı.
Ölkənin Baş naziri Sedvillin fəaliyyətini yüksək qiymətləndirib. Sedvilə nazirlər kabinetindəki fəaliyyəti dövründə yeddi baş nazirlə işləmək nəsib olub. “Onilliklər ərzindəki mühüm fəaliyyətiniz nəticəsində siz millətin minnətdarlığına layiqsiniz ”, - deyə Conson qeyd edib.
Mark Sedvili vəzifəsində hazırda Baş nazirin Aİ ilə danışıqlar üzrə təmsilçisi Devid Frost əvəz edəcək. Nazilər kabinetinin yeni katibinin adı isə hələ açıqlanmır.
Sedvill isə ənənəyə görə indi Britaniya parlamentinin Lordlar palatasında ömürlük per - yüksək zadəgan titulunu alacaq.