Modern.az

İran Trampı beynəlxalq axtarışa verdı

İran Trampı beynəlxalq axtarışa verdı

Aktual

29 İyun 2020, 16:33

İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib. 

 

Modern.az xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr bildirib.

 

O qeyd edib ki, D.Tramp İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır.

 

Prokurorun sözlərinə görə, Q.Süleymaninin ölmündə 36 nəfərin iştirakı təsbit olunub : “Donald Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edilirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...