Modern.az

Çindən gələn yük karvanı Bakı limanından Türkiyəyə yola salındı

Çindən gələn yük karvanı Bakı limanından Türkiyəyə yola salındı

Aktual

30 İyun 2020, 08:30

Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb.

 

Bakı Limanından Modern.az-a verilən məlumata görə, iyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

 

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü "Ady Container" MMC-dir.

 

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə