Modern.az

Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? - Nazirdən cavab

Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? - Nazirdən cavab

Aktual

30 İyun 2020, 11:50

“Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beş faiz ətrafında müşahidə edilir”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə olunur:

 

“Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.

 

Nazir bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:

 

“Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə