Modern.az

“Yanvardan bəri pul üzü görmürəm” - Faiq Ağayev ağladı - VİDEO

“Yanvardan bəri pul üzü görmürəm” - Faiq Ağayev ağladı - VİDEO

Aktual

30 İyun 2020, 12:16

“Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günə muzdlu çalışanlar, bizim sferaya bağlı olan insanlar- gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar və kimlər... Onlar 4 aydır işləmirlər”.

 

Modern.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Fatehin divanı” proqramında qonaq olarkən bildirib. Ağayev karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb:

 

“Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə