Modern.az

Milli komandamızın baş məşqçiliyinə yeni namizəd - Roy Kin

Milli komandamızın baş məşqçiliyinə yeni namizəd - Roy Kin

Aktual

30 İyun 2020, 12:16

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.

Modern.az saytı xəbər verir ki, məlumatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da təsdiq edib.

AFFA-nın mətbuat katibi Firuz Abdulla bildirib ki, doğrudan da Roy Kinlə danışıqlar aparılır.

Qeyd edək ki, R.Kin hazırda televiziyaların birində ekspert kimi işləyir. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 48 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri