Modern.az

Çin parlamenti Honkonqun milli təhlükəsizliyi haqda qanun qəbul edib

Çin parlamenti Honkonqun milli təhlükəsizliyi haqda qanun qəbul edib

Aktual

30 İyun 2020, 12:34

Ümumçin xalq nümayəndələri məclisinin daimi komitəsi Honkonqun Milli təhlükəsizliyi haqqında qanun qəbul edib.

Modern.az xəbər verir ki, “South China Morning Post” honkonq nəşrinin məlumatına görə yekdilliklə qəbul edilmiş qanun iyulun 1-də, keçmiş Britaniya anklavının Çin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək.     
  

Qanunda xüsusi inzibati rayonun milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkənin mərkəzi hökumətinin öhdəlikləri və Honkonq hakimiyyətinin cavabdehliyi əks olunub. Sənəddə əsas dörd növ cinayət üzrə cəza nəzərdə tutulub: separatçı fəaliyyət, dövlət hakimiyyətinin sarsıldılması, terror fəaliyyəti, milli təhlükəsziliyə zərbə vurmaq məqsədilə xarici ölkələr və qüvvələrlə əlbirlik.

İlkin məlumatlara görə, qanunu ciddi şəkildə pozanlara verilən ən maksimal cəza ömürlük həbs cəzası ola bilər.

Honkonq administrasiyasının rəhbəri Kerri Lam isə bildirib ki, qanun detallı şəkildə dərc edilməyincə onun haqqında bir söz demək mümkün deyil.          

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə