Modern.az

“Arzum reallaşdı, hamı xoşbəxtdir” - “Barselona”nın yeni futbolçusu

“Arzum reallaşdı, hamı xoşbəxtdir” - “Barselona”nın yeni futbolçusu

Aktual

30 İyun 2020, 16:17

""Barcelona" dünyanın ən yaxşı klublarından biridir və istənilən futbolçunun bu komandaya keçməsi böyük bir addımdır".

 

Modern.az xəbər verir ki, bunu "Barselona"ya yenicə transfer olunan "Yuventus"un futbolçusu Miralem Pyaniç deyib.

 

"Mənim arzum reallaşdı. Sadəcə özüm üçün yox, ailəm və Bosniya və Herseqovinada hamı xoşbəxtdir. Mən futbola harada başladığımı heç vaxt unutmaram. Həqiqətən tezliklə "Kamp-Nou"ya getmək istəyirəm, - deyə futbolçu bildirib.

 

Qeyd edək ki, Miralem Pyaniçin "Barselona"ya transferi 60 milyon və əlavə olaraq 5 milyon bonus müqabilində baş tutub. Oyunçu ilə 4 illik müqavilə imzalanıb. Sərbəstqalma məbləğ 400 milyon olacaq. Miralem Pyaniç komandaya 2019-20 mövsümü başa çatdıqdan sonra qoşulacaq.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə