Türkiyədə son sutka ərzində daha 16 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 131 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 302-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 199 906 nəfərə çatıb. Müalicə olunan 1 386 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 173 111 nəfər koronavirusdan müalicə olunub".