Tehranda baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.
Modern.az İran mediasına istinadən xəbər verir ki, Sina xəstəxanasında baş verən partlayış yerindən 18 nəfərin cənazəsi çıxarılıb.
Məlumata görə, baş verən partlayış və yanğında ölənlərin 10 nəfəri qadın, 3 nəfəri kişidir.
***
Tehranda baş verən partlayışda 13 nəfər həyatını itirib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış tibb mərkəzində baş verib.
Ölənlərdən 6 nəfəri partlayış zamanı əməliyyat otağında olub.
Hadisə nəticəsində 3 nəfər yaralanıb.