Modern.az

“Amazon” yeni sosial investisiya fondu yaradır

“Amazon” yeni sosial investisiya fondu yaradır

Aktual

30 İyun 2020, 23:30

"Amazon" şirkəti aşağı səviyyəli karbon qazı ixrac edən texnologiyaları istehsal edən şirkətlərə ("Greentech" şirkətlər) investisiya yatıracaq.

Modern.az xəbər verir ki, şirkət bunun üçün 2 milyard dollar büdcəyə sahib "The Climate Pledge Fund" adlı investisiya fondu yaradacaq. Fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən "Greentech" şirkətləri dəstəkləyəcək.

Yeni yaradılacaq fond [email protected] mail ünvanına göndərilən layihələri nəzərdən keçirəcək.

Qeyd edək ki, bu investisiya fondu "Amazon" şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi karbon qazı ixracını sıfıra endirəcəyinə söz verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə