Modern.az

Sumqayıtda yanğın: 4 nəfər xilas edildi

Sumqayıtda yanğın: 4 nəfər xilas edildi

Aktual

1 İyul 2020, 00:22

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib.

Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və ümumi dəhliz 8 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə