Modern.az

Paytaxtda taksi sürücüsü müştərini döyərək qarət etdi

Paytaxtda taksi sürücüsü müştərini döyərək qarət etdi

Aktual

1 İyul 2020, 09:06

Bakıda taksidə müştəri qarət edilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R. Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayaıb.

 

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə