Modern.az

SOCAR-ın prezidenti və vitse-prezidentlərinə ödənilən bonuslar artıb

SOCAR-ın prezidenti və vitse-prezidentlərinə ödənilən bonuslar artıb

Aktual

1 İyul 2020, 09:56

2019-cu ildə SOCAR əsas menecerlərə 1 milyon 404 min manat ümumi məbləğdə (cari məzənnə ilə 825,8 min dollar) mükafatlar ödəyib.

Bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunur.

2018-ci ildə SOCAR-ın TOP-menecerlərinə 1 milyon 282 min manat məbləğində mükafatlar ödəmişdir. Beləliklə, 2019-cu ildə bonuslar 9,5% artıb.

Hesabata əsasən, SOCAR-ın əsas menecerləri şikətin prezidenti və 12 vitse-prezidentdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...