Modern.az

Prezident İsmayıllıya 700 min manat ayırdı

Prezident İsmayıllıya 700 min manat ayırdı

Aktual

1 İyul 2020, 11:46

Prezident İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

   

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  1.      

Cülyan kəndi

1

1652

  1.      

Hacıhətəmli kəndi

1

2883

  1.      

İsmayıllı şəhəri

2

25836

  1.      

Qalınçaq kəndi

2

2202

  1.      

Qubaxəlilli kəndi

1

2310

  1.      

Tağlabiyan kəndi

1

247

  1.      

Talıstan kəndi

2

2530

Cəmi

10

37 660

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə