Modern.az

Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri oldu

Ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri oldu

Aktual

1 İyul 2020, 13:47

Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı ən çox iş yerini dəyişənlər ingilis dili müəllimləri olub.

 

Modern.az-ın məlumatına görə, builki müsabiqə zamanı 235 nəfər ingilis dili müəllimi iş yerini dəyişib.

 

Bundan başqa, 206 nəfər riyaziyyat, 179 nəfər Azərbaycan dili və ədəbiyyatı, 167 nəfər ibtidai sinif müəllimi, 144 informatika müəllimi iş yerini dəyişib.

 

Ən az iş yerini dəyişən fənn müəllimi isə alman dili ixtisası üzrə olub.

 

Bu il 1 alman dili müəlliminin iş yerinin dəyişdirilməsinə icazə verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə