Modern.az

İlham Əliyevdən SOCAR-la bağlı FƏRMAN

İlham Əliyevdən SOCAR-la bağlı FƏRMAN

Aktual

1 İyul 2020, 16:14

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanda “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” və  müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısının təsdiq edilməsi qeyd edilib.

 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə