Modern.az

Bakının bəzi ərazilərindən polis postları yığışdırıldı

Bakının bəzi ərazilərindən polis postları yığışdırıldı

Aktual

1 İyul 2020, 16:20

Bakıda sərtləşdirilmiş karantin rejimi üçün quraşdırılan polis postlarının bəziləri yığışdırılıb.

 

Modern.az-ın verdiyi xəbərə görə, artıq paytaxtın bir çox küçə və prospektlərində postlar götürülüb.

 

Hazırkı məlumata görə, Günəşli qəsəbəsi, Zabrat yolu və digər bir neçə ərazidə artıq postlar yoxdur.

 

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi iyulun 5-i səhər saat 06-da başa çatır. Prezidentin köməkçisi Hikmət Hacıyev sərt karantin rejiminin daha iki həftə uzadılmasının təklif edildiyini bildirib.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu