Modern.az

Azərbaycanda qardaş qardaşı güllələdi

Azərbaycanda qardaş qardaşı güllələdi

Aktual

1 İyul 2020, 17:21

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev dünyasını dəyişib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

 

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. (APA)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı