Modern.az

Təhsil Nazirliyi jurnalistlər üçün seminarlar keçirəcək

Təhsil Nazirliyi jurnalistlər üçün seminarlar keçirəcək

Aktual

1 İyul 2020, 17:26

Nazirlik xaricdə təhsil məsələləri, təqaüd proqramları və s. tipli mövzuların daha aydın mənimsənilməsi və ictimailəşdirilməsi üçün media nümayandələri üçün onlayn seminarlar keçirə bilərmi?

 

Modern.az xəbər verir ki, bu barədə 2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, nazirlik bununla bağlı müəyyən addımlar atacaq:

 

“Bu seminarları may ayında keçirməyi düşünürdük, lakin pandemiya səbəbiylə təxirə salındı və avqust üçün təşkili planlaşdırılır. Hətta xarici ölkələrdən də mütəxəssislər dəvət olunacaq”.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...