Modern.az

Polis Bayram Nurlunu CƏRİMƏLƏDİ - VİDEO

Polis Bayram Nurlunu CƏRİMƏLƏDİ - VİDEO

Aktual

2 İyul 2020, 13:47

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib ki, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib.

 

O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşiman olduğunu bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!