Modern.az

Koronavirusa yoluxan professorun vəziyyəti ağırlaşdı - deputatlar işə qarışdı

Koronavirusa yoluxan professorun vəziyyəti ağırlaşdı - deputatlar işə qarışdı

Aktual

4 İyul 2020, 23:39

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov və həyat yoldaşı  koronavirusa yoluxub.

Modern.az-ın məlumatına görə, İ.Abbasov və həyat yoldaşı bir neçə gündür ev şəraitində müalicə olunurdular.

İyulun 4-də dostlarının yaydığı məlumatda İdris Abbasovun vəziyyətinin ağırlaşdığı və onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarandığı bildirilib.

“Professor İdris Abbasovun vəziyyəti ağırlaşıb. Ailəsi onu xəstəxanaya yerləşdirməklə bağlı ciddi çətinliklə üzləşib. İdris müəllimin xəstəxanaya yerləşdirilməsinə ciddi ehtiyac var.
Ümid edirik ki, TƏBİB İdris Abbasovun problemini nəzarətə götürəcək və tezliklə professorun xəstəxanaya yerləşdirilməsini təmin edəcək”,-deyə sosial şəbəkədə paylaşılan məlumatda qeyd edilib.

Olaya reaksiya verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, İdris Abbasovun məsələsi diqqətdə saxlanılır:


“İdris müəllimin müayinələri dünən başa çatıb, diaqnoz təsdiq edilib, ambulator müalicəsi başlanıb. Bu gün o istədiyi klinikada yer olmadı və başqa klinikaya özü getmək istəmədi. Sabah inşallah, onun istədiyi klinikada yer boşalan kimi xəstəxanaya yerləşdiriləcək. Deputat Etibar Əliyev də bu işlə ciddi məşğuldur. Həyat yoldaşı da ambulator müalicəyə cəlb olunub. Yaşayış yeri üzrə poliklinikanın baş həkiminin nəzarəti altında müalicələri aparılır”.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı