Modern.az

Boya fabrikindəki yanğında 4 nəfər xəsarət alıb

Boya fabrikindəki yanğında 4 nəfər xəsarət alıb

Aktual

5 İyul 2020, 00:52

Binəqədi rayonunda baş verən yanğında 4 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə ilə bağlı Təcili Tibbi Yardım stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerinə 3 Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 4  əməkdaşı həkimə müraciət edib.

Onlardan biri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3 nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!