Polşada təyyarə qəzası olub.
Modern.az xəbər verir ki, Polşanın Krosno şəhərində kiçik mühərrikli idman təyyarəsi yerə çırpılıb.
Məlumata görə, ölən yoxdur. Sadəcə, parklama vəziyyətində olan minik maşını əzilib.
Təyyarədə yalnız pilot olub. Sayt bildirir ki, 69 yaşlı pilot sərbəst şəkildə təyyarəni tərk edib.
Qəza ilə bağlı araşdırma aparılır.