Modern.az

Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu - VİDEO

Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu - VİDEO

Aktual

6 İyul 2020, 10:00

Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb. 

 

Modern.az xəbər verir ki, görüntülər “Hyatt Regency Baku” hotelində lentə alınıb. 

 

Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.

 

Qeyd edək ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı. 

 

“Hyatt Regency Baku” hotelində çəkilən görüntüləri təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı