Modern.az

Moped ağaca çırpıldı - ölən və yaralanan var

Moped ağaca çırpıldı - ölən və yaralanan var

Aktual

6 İyul 2020, 11:24

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, Nəsimi rayonu, R. Behbudov küçəsində Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca çırpıb. İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. Moped zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı