İraqda Bağdadın “yaşıl zona” adlanan ərazisində yerləşən ABŞ səfirliyi raketlərlə atəşə tutulub. Hadisə səfirliyin “Patriot” zenit-raket kompleksinin sınaqdan keçirməsindən bir neçə saat sonra baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaqlar İraq tətəfindən narazılıqla qarşılanıb. Xüsusilə də, parlamentin vitse-spikeri Həsən əl-Kəəbi və parlamentdə təhlükəsizlik və müdafiə üzrə komitənin rəhbəri Məhəmməd Əl Ridə bu addımı təxribat kimi dəyərləndiriblər.
ABŞ-ın Dövlət departamenti hadisədən xəbərdar olduğunu bildirib və baş verənləri təkcə ABŞ üçün deyil, həm də İraq, qonşu diplomatik nümayəndəliklər və ətraf məhəllələrin sakinləri üçün də təhlükəli hal sayıb.