Səudiyyə Ərəbistanında son sutka ərzində 4 207 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib. Modern.az-ın məlumatına görə, ölkədə bu günədək yoluxanların sayı 213 min nəfəri keçib.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ötən gün 52 nəfərin ölümü qeydə alınıb. Beləliklə, Səudiyyə Ərəbistanında koronavirusdan ölənlərin sayı 1 968 nəfərə çatıb.