Modern.az

Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas edildi

Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas edildi

Aktual

6 İyul 2020, 23:13

Almaniyada ehtiyatsızlıqdan Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas olunub.

Modern.az  xəbər verir ki, hadisə ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində qeydə alınıb.

Belə ki, 23 yaşlı Azərbayan vətəndaşı Nicat Əhmədov çayın sahilində qadağan olunmuş hissədə ayaqlarını yumaq istəyən zaman müvazinətini itirib və suya düşərək axına qapılıb.

Boğulmaq təhlükəsi ilə üzləşən gənci çayda kater sürən şəxs sudan çıxarıb.

Hadisə yerinə gələn polis əməkdaşları onun sərxoş olduğunu müəyyən ediblər. Azərbaycan vətəndaşı təhlükəsizlik qaydalarını pozduğuna görə 250 avro məbləğində cərimə edilib.

N.Əhmədov Bonn şəhərindəki qaçqın yataqxanasının sakini olub. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı