Modern.az

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu  

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu  

Aktual

7 İyul 2020, 00:14

Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

Modern.az xəbər verir ki, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı