Modern.az

İlham Əliyev İmperatora başsağlığı verdi

İlham Əliyev İmperatora başsağlığı verdi

Aktual

7 İyul 2020, 16:04

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir: “Əlahəzrət,

 

Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri