Modern.az

Prezident qanuna dəyişiklik etdi 

Prezident qanuna dəyişiklik etdi 

Aktual

7 İyul 2020, 16:22

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişikliyi təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək.

 

İndiyə qədər hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində sadəcə peşəkar çatışmazlıqlar aşkar edildikdə onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilirdi.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu