Modern.az

“Koronavirus hava ilə ötürülə bilir” - ÜST

“Koronavirus hava ilə ötürülə bilir” - ÜST

Aktual

8 İyul 2020, 08:53

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.

Bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.

O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: “Lakin bunun üçün  bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!