Modern.az

FHN-in yanğınsöndürən maşını qəza törətdi - Yaralılar var

FHN-in yanğınsöndürən maşını qəza törətdi - Yaralılar var

Aktual

8 İyul 2020, 09:07

Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan  "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.

 

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

 

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

 

S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.(Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu