Modern.az

Kürdə 3 nəfər batıb

Kürdə 3 nəfər batıb

Aktual

10 İyul 2020, 16:30

Zərdabda 3 nəfər Kürdə batıb.

 

Modern.az xəbər verir ki, ötən gün Kür çayının Zərdabın Burunlu kəndindən keçən hissəsində ailələri ilə birlikdə istirahət edən Gədəbəy sakinləri - 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova çayda batıblar.

 

Məlumata görə, N. İsmayılova batan kiçik qardaşını xilas etmək istəyərkən boğulub. N. İsmayılovanın meyiti tapılaraq sudan çıxarılıb. Digər 2 nəfərin axtarışları davam etdirilir.(APA)  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu