Jurnalist Pərviz Həşimli Baş Prokurorluğa dəvət olunub.
Bu barədə Modern.az-a jurnalistin özü məlumat verib.
Pərviz Həşimlinin sözlərinə görə, onu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinin rəisi Nemət Əvəzov qəbul edib.
“Bu dəvət Baş prokuror Kamran Əliyevə müraciətim əsasında baş tutub. Həm rəhbərlik etdiyim “Gununsesi.info” saytının domeninə Zakir Qaralovun qoydurduğu qanunsuz məhdudiyyət, həm də bəraət tələbimlə bağlı geniş fikir mübadiləmiz oldu. Görüşdən məmnun ayrıldım”, - deyə jurnalist əlavə edib.