Modern.az

Ərdoğan Trampla telefonla danışdı

Ərdoğan Trampla telefonla danışdı

Aktual

15 İyul 2020, 08:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trump ilə telefon danışığı aparıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.

 

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər, həmçinin Liviya böhranına diqqəti yetirərək bölgədəki hadisələr haqqında fikir mübadiləsi aparıblar.

 

Liderlər qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağın zəruriliyi barədə razılığa gəliblər.

 

Dövlət başçıları Liviyada davamlı sabitliyin bərqərar olması üçün müttəfiqlər kimi sıx işləməyə razılıq verdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu