Modern.az

Sosial şəbəkələrdə yalan məlumat yayan Göyçay sakini saxlanıldı

Sosial şəbəkələrdə yalan məlumat yayan Göyçay sakini saxlanıldı

Aktual

17 İyul 2020, 00:46

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə rayonun Mırtı kəndindən olan hərbçimizin şəhid olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus sosial şəbəkə hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə 1 şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib. Aydın Rəsulov etdiyi hərəkətdən peşman olduğunu bildirib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV