Modern.az

Şəkidə 150 hektar sahədə yanğın

Şəkidə 150 hektar sahədə yanğın

Aktual

17 İyul 2020, 09:00

İyulun 16-sı axşam saat 20:30 radələrində Şəkinin Daşbulaq kəndinin inzibati ərazisinə bitişik dağlıq yaylaq ərazidə yanğın baş verib. 

 

Modern.az-ın şimal-qərb bürosunun məlumatına görə, yanğın genişlənərək 150 hektar ərazini bürüyüb.  

 

Yanğın nəticəsində ərazidəki kol-kos, quru ot və xırda ağaclar yanıb.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 30-a yaxın şəxsi heyəti və müvafiq qurumlar və yerli sakinlər cəlb edilib. 

 

Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...