Modern.az

ABŞ azərbaycanlıları Ermənistan səfirliyi qarşısında ETİRAZ EDİRLƏR

ABŞ azərbaycanlıları Ermənistan səfirliyi qarşısında ETİRAZ EDİRLƏR

Aktual

17 İyul 2020, 09:36

ABŞ-da yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər.

Modern.az xəbər verir ki, bazar günündən bəri ermənilərin Azərbaycan Ordusunun sərhəd mövqelərinə hücumlarına və bu hücumlarda itki verməsinə etiraz etmək üçün bir çox azərbaycanlı Ermənistanın Vaşinqton səfirliyi qarşısında toplaşıb.

Əllərində Azərbaycan bayraqları olan azərbaycanlılar, "Yaşasın Azərbaycan!", "Yaşasın millətimiz!", "Yaşasın dövlətimiz, birliyimiz!" və "Şəhidlər ölməz, vətən bölünməz!" kimi şüarlar səslədirərək erməni təxribatına etiraz ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri