Modern.az

İmişlidə yol qəzası olub - xəsarət alanlar var

İmişlidə yol qəzası olub - xəsarət alanlar var

Aktual

17 İyul 2020, 09:47

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov Ruhi Şahin oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Uğur Alim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Hər iki yaralıya bud sümüklərinin sınıqları diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV