Modern.az

Rusiyadakı azərbaycancanlılar erməni məhsullarını bazarlara buraxmadılar - milyonlarla ziyana düşdülər

Rusiyadakı azərbaycancanlılar erməni məhsullarını bazarlara buraxmadılar - milyonlarla ziyana düşdülər

Aktual

17 İyul 2020, 09:53

Rusiyanın müxtəlif şəhərlərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı sahibkarlar maraqlı yola əl atıblar.

 

Modern.az-ın məlumatına görə, azərbaycanlılar həmrəylik nümayiş etdirərək Ermənistandan həmin ölkəyə gətirilən meyvələri almaqdan imtina ediblər.
Meyvə bazaları və bazarları olan azərbaycanlıların  bu təşəbbüsünə çeçenlər, Dağıstan xalqları, özbək və taciklər də qoşulublar.

 

Bu aksiyaya xüsusilə Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə də geniş vüsət alıb.

 

Kampaniyanı həyata keçirənlər bu addımları ilə Ermənistandan Rusiyaya gətirilən əsasən də əriyin alınmasından imtina ediblər. Məhsulları əllərində qalan ermənilər əlacsız vəziyyətdə qalıblar, meyvələr çürüyüb və onlara külli miqdarda ziyan dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV