Modern.az

Türkiyədən daha bir dəstək: “Raketlərimiz Azərbaycanın əmrindədir”

Türkiyədən daha bir dəstək: “Raketlərimiz Azərbaycanın əmrindədir”

Aktual

17 İyul 2020, 12:52

"PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

 

O, Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin digər müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirib.





Görüş barədə sosial şəbəkə hesabında məlumat paylaşan İ.Dəmir qeyd edib: “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik".



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri