Modern.az

Polisdən əməliyyat keçirdi - Silahlı şəxs SAXLANILDI

Polisdən əməliyyat keçirdi - Silahlı şəxs SAXLANILDI

Aktual

17 İyul 2020, 12:58

Bakıda silahlı şəxs yaxalanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında rayon ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Elton Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan içərisində 5 ədəd 9 mm-lik patron olan "Makarov" tipli tapança aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV