ETSN-nin əməkdaşları Azərbaycan ordusuna, silahlı qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası ilə bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edir.
Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

